20,4 KQ MARİXUANA, 10,5 KQ HƏŞİŞ, 2,4 KQ TİRYƏK... - Gün ərzində aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.