2025-2030 Anti-Narkotik Dövlət Proqramı mübarizəyə təkan verəcək

Seytabr ayının 17-si tarixində açıqlanan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün DÖVLƏT PROQRAMI”nda cəzaçəkmə müəssisələrindəki şəxslərin vəziyyətinə də toxunulub.

Belə ki, 6-cı Bölümün “Dövlət Proqramının prioritet istiqamətləri” başlığında “6.1.4.2.5. antinarkotik təbliğatı işinin gücləndirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər və penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi;” və “6.1.4.3.5. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında sağlam həyat tərzinin təbliği, həmçinin penitensiar müəssisələrin əməkdaşları üçün bu sahədə təlimlərin keçirilməsi, məlumatlılıq səviyyəsinin artırılması;” bəndlərində həbsxanaya düşmüş şəxslərin reablitasiyası nəzərdə tutulur.

Burada bir nüansı qeyd etmək yerinə düşər ki, narkotik cinayətləri ilə həbsə düşmüş şəxslərin istifadəçi və satıcılara ayrılması, satış olmadan 1-ci dəfə istifadə ilə tutulanların həbsə atılmaması, məcburi reabilitasiya müəssisələrə göndərilməsinin tətbiqi nəzərdə tutula bilər, hansı ki, "4.1.2. narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi;", "6.1.1.3.6. tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin tikintisinin başa çatdırılması və fəaliyyətinin təmin edilməsi;", "6.1.1.2.6. narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətə başlamasının təmin edilməsi;" bəndlərində bu niyyət yer alır. 

Satışla həbs edilənlərin islah edilmək məqsədilə antinarkotik təbliğatına cəlb edilməsi, sağlam həyat tərzinin təbliğinə, əmək vərdişlərinin mənimsənilməsi üçün  onlara həbsdə reabilitasiya şəraiti yaradılması, üstəlik əmək məşğuliyyətinə cəlb edilməsi işə salına bilər.

Stopnarkotik.az