2000 manat, 6500 ABŞ dolları və 8000 manatlıq qızıl... - OĞURLUQDA ŞÜBHƏLİ BİLİNƏN XADİMƏ SAXLANILDI

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az