Qazaxıstanda 200-dən çox narkotik mağazasına xidmət edən MDB-də ən böyük kriptovalyuta xidməti ləğv edilib.
Stopnarkotik.az xəbər verir ki, bunu Qazaxıstan Maliyyə Monitorinqi Agentliyinin rəhbəri bildirib.
Agentliyin rəhbəri Janat Elimanov qeyd edib ki, ləğv edilən kriptovalyuta xidməti Darknetdə 20 saytla işləyib, 9,7 milyon dollar dəyərində virtual aktivlər dondurulub. Qazaxıstan Prezidenti MMA-nın rəhbərini qəbul edib. Elimanov açıqlayıb ki, 164 milyard tenge (304,8 milyon dollar) dəyərində 63 infrastruktur layihəsi üzrə əsassız büdcə xərclərinin qarşısı alınıb; qondarma stomatoloji xidmətləri göstərilməsi üçün Vahid Pensiya Yığımı Fondundan 200 milyard tenge məbləğində vəsaitin əsassız olaraq çıxarılması müəyyən edilib; 45 maliyyə piramidası ləğv edilib.
Stopnarkotik.az