20 il deyil, ömürlük məhkum olunsun! - FAZİL MUSTAFA HÖKMDƏN NARAZIDIR

Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa onu güllələyən şəxsə verilmiş cəzadan narazıdır.

Stopnarkotik.az xəbər verir ki, Fazil Mustafa 20 il azadlıqdan məhrum edilmiş Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.

Ötən il yaşadığı evin qarşısında sui-qəsd cinayətinə məruz qalan Böyük Quruluş Partiyasının lideri, deputat Fazil Mustafa Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə hökmündən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin təşkilatçısı kimi Azər Səricanov ömürlük, F.Mustafanı vuran Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.