Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ümumi çəkisi 43,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.