2 AVTOMAT, 7 TÜFƏNG... - Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 7 tüfəng və 76 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.