1.9 KQ NARKOTİK AŞKARLANDI, 19 TON ÇƏTƏNƏ BİTKİSİ MƏHV EDİLDİ - Rəsmi açıqlama

İunun 11-də ümumi çəkisi 1,9 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 19 tona yaxın çəkidə 80146 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az