18 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu hadisə şəhərin M. Hadi küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.