"İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın 11 sentyabr tarixində toy mərasimi olacaq".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları qızı icraya aparmaq istədikdə oğlanın atası qadağan edib:
"Bildirib ki, qızın anası xəstədir, apara bilməzsiniz. Qızın həyatına təhlükə var", deyə K.Ağazadə paylaşımda vurğulayıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən qeyd edilib ki, məsələ araşdırılır.