17 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 7 tona yaxın çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 12-də ümumi çəkisi 17 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 97 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 7 tona yaxın çəkidə 28168 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.