1,7 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 1,5 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 21-də ümumi çəkisi 1,7 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 887 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.