1,7 kiloqram narkotik dövriyyədən çıxarıldı - DİN-dən AÇIQLAMA

İyunun 13-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.