Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 16,8 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,8 ton çəkidə 9841 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.