İyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu aşkarlanıb.
Stopnarkotik.az DİN-in mətbuat ximdətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkar olunan yabanı halda bitmiş daha 5000 ədəd çətənə kolu məhv edilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.
