İyunun 21-də və 22-də ümumi çəkisi 15,6 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 11,8 tondan artıq çəkidə 29019 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.
Stopnarkotik.az