15,5 KQ NARKOTİK, 15 ƏDƏD ÇƏTƏNƏ KOLU... - Həftəsonu aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 26-da və 27-də ümumi çəkisi 15,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.