15 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA - YENİLƏNİB

Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb.

Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır.

***17:08

Beyləqan rayonunun Şahsevən kəndi ərazisində valideyn yeniyetmə qızını məcburi şəkildə evləndirməyə çalışır. 

Bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib. 

"Çox vacib bir məsələni aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirik. 15 yaşlı qız təhsildən yayındırılaq evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb. Yeniyetmə dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Azyaşlı özü evlilik barədə razılığı yoxdur. Ancaq ailə tez bir zamanda sanki qızlarından qurtulmaq üçün can atır. Beyləqan rayonu birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq".

DİN-nin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Azərbaycanda 15 yaşlı qız ərə verilir - FOTO