Bakıda 15 yaşlı qız itkin düşüb.
Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayon sakini X.Əliyeva 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, bu ilin iyun ayında 16 yaşı tamam olacaq qızı E.Həziyeva fevralın 22-nə keçən gecə saat 00:30 radələrində birgə yaşadıqları evi tərk edib. Həmin vaxtdan E.Həziyevadan xəbər almaq mümkün olmayıb.
Gəncədə də yetkinlik yaşına çatmamış qız itkin düşüb. Şəhər sakini B.Bayramov Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edərək bu ilin martında 18 yaşı tamam olacaq qızı L.Bayramovanın itkin düşməsini bildirib. O qeyd edib ki, övladı fevralın 16-sı gecə saat 23:30 radələrində evi tərk edib və bir daha geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma və axtarış tədbirləri aparılır.