14,6 KQ NARKOTİK, 3,5 TON...- Gün ərzində aşkar olunan narkotiklər haqda açıqlama

İyunun 5-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3,5 ton çəkidə 32320 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilib.

Stopnarkotik.az