14,2 KQ NARKOTİK, 101 ƏDƏD HƏB.. - Aşkar olunan narkotiklər haqda açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə, 101 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 9865 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.