1,4 KQ NARKOTİK, 709 ƏDƏD METADON HƏBİ.. - Aşkar olunan narkotiklər haqda açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 1,4 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 709 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.