Noyabrın 25-də ümumi çəkisi 13,4 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.
Stopnarkotik.az