Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq marixuana, 3,3 kiloqramdan çox heroin, 1,6 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.