13 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 67 ədəd çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 9-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.