13 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 1,8 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.