İyunun 24-də ümumi çəkisi 12,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 100 ədəd metodon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 215 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar edilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.