11,8 KQ NARKOTİK, 1527 ƏDƏD ÇƏTƏNƏ KOLU... - Ötən gün aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 15-də ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.