1,1 KQ HEROİN, 5,2 KQ MARİXUANA, 4,1 KQ "PATI... - Gün ərzində aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 7-də ümumi çəkisi 10,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən Stopnarkotik.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.