Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə DİN-in mətbuat xidmətindən bildirilir.
Stopnarkotik.az