11 AVTOMAT, 11 TÜFƏNG, 1925 PATRON... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 11 tüfəng, 11 patron darağı və 1925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.