Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqrama yaxın narkotik aşkarlayıblar.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 10,9 kiloqrama yaxın marixuana, 1,5 kiloqrama yaxın tiryək, 2,1 kiloqramdan çox metamfetamin, həmçinin 3613 ədəd metadon həbi olub.