105 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - DİN-dən AÇIQLAMA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 103 kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.