100 KİLOQRAM NARKOTİK, 10310 ƏDƏD HƏB... - Həftəsonu aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 12-də və 13-də ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10310 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 7009 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.