Moskva vilayətindən olan 10 uşaq Şimali Osetiyada yoxa çıxıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iki günlük axtarışlardan sonra turist qrupunu Alaqirski rayonunda tapıblar.
Qrupda 10-u 14-17 yaş arası uşaq olmaqla, cəmi 12 nəfər olub.
Bildirilir ki, bütün qrup üzvləri özlərini yaxşı hiss edirlər və onların təxliyəsi üçün lazımi işlər görülür.