1 KQ HEROİN, 8,2 KQ MARİXUANA, 3 KQ "PATI"... - Ötən gün aşkarlanan narkotiklərlə bağlı açıqlama

Mayın 14-də ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Stopnarkotik.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.

Stopnarkotik.az