Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, martın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 tüfəng, 7 patron darağı və 152 ədəd patron aşkar edilərək götürülüb.