Zərdabda silah-sursat tapıldı - FOTO

Zərdab Rayon Polis Şöbəsinə rayonun Şəftəhal kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "F-1" əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlanaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

"