İsrailin nüvə silahı barədə açıqlaması bu silahların ölkənin arsenalında olub-olmaması da daxil olmaqla bir çox sual doğurub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu, çoxlu suallar doğurdu. Bir nömrəli sual - belə çıxır ki, biz nüvə silahının olması ilə bağlı rəsmi açıqlamalar eşidirik? Hər kəsi maraqlandıran suallar: beynəlxalq təşkilatlar hanı, MAQATE hanı, müfəttişlər hanı?", - Zaxarova deyib.
Bundan əvvəl Qüds işləri və irs naziri Amichai Eliyahu Qəzzaya atom bombasının atılmasını münaqişənin tez başa çatması üçün yollardan biri hesab edib.