Zaqatalada maşın vuran piyada 24 gün sonra öldü

Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, hadisə ötən il dekabrın 22-də gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş vermişdi.

Qeyd edək ki, piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.