Yol hərəkətinin təhlükəsizliyinə dair görüş keçirilib - FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair modul təlim proqramı hazırlayan işçi qrupunun növbəti görüşü keçirilib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyası, Türk Kızılayı, eləcə də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan modulda bölgələrdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təlim prosesinin aparılması qaydaları, bu sahədə könüllülərdən istifadənin əsasları nəzərdə tutulur.

Görüşdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi Mübariz Ağayev təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verəcək sözügedən humanitar layihənin əhəmiyyətindən danışıb, hazırlanan sənədə dair rəy və təkliflərini bildirib.