Fransa parlamenti aprelin 29-da Cənubi Amerika kokainin Avropaya tədarükündəki rekord artımdan sonra ölkəyə narkotik cinayətlərinin artması ilə mübarizə üçün daha sərt vasitələr tətbiq etmək üçün genişmiqyaslı anti-narkotik qanun layihəsini təsdiqləyib.
Stopnarkotik.az xəbər verir ki, yeni qanuna əsasən mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün "Milli Prokurorluq" yaradılacaq. Bu qurumu yaratmaqda məqsəd təhlükəli caniləri yaxud kriminal aləmin başçılarını izolyasiya etməkdir ki, barmaqlıqlar arxasından ticarət imperiyalarını idarə edə bilməsinlər və onların narkotik satışından gələn nəhəng pulların yuyulmasını təmin edən "şirkətlər"i bağlansın.
Qanunvericilər polisə WhatsApp və Signal kimi şifrəli mesajlaşma xidmətlərinə avtomatik giriş imkanı verən müddəanı ləğv ediblər.
Avropaya çoxillik kokain idxalının rekord həddə qalxması yerli narkotik bazarlarını çiçəkləndirib və zorakılığın dalğavari yüksəlişinə səbəb olub. Fransada çoxsaylı kokain müsadirələrinə baxmayaraq, narkoticarət dəstələri Marsel kimi şəhərlərdəki ənənəvi güc mərkəzlərindən narkotik zorakılığına alışmamış kiçik şəhərlərə doğru genişlənərək nəhəng gəlir əldə edirlər. Bu narkoticarət dəstələri ilə əlaqəli cinayətlərin artması həm də ifrat sağçı "Milli Birlik" partiyasına dəstəyi artırıb və Fransa siyasətini sağa yönləndirməyə kömək edib.
"Renascence" partiyasından parlament üzvü Silven Mayyar "Reuters" agentliyinə bildirib ki, bütün qitə ölkələrinin üzləşdiyi problemi həll etmək üçün daha sərt qanunlara ehtiyac var.
Mayyar bildirib ki, "Avropada Hollandiya və Belçika kimi ölkələr hücuma məruz qalır". "Böyük limanları olan bütün ölkələr xüsusilə ağır zərbə alıb və Fransa da istisna deyil. Biz qanunvericiliyimizi yeniləyərək son illərdə xeyli güclənən bu bəlaya qarşı mübarizə aparmalıyıq", deyə Mayyar ifadə işlədib.
Stopnarkotik.az