Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 169 NƏFƏR YAXALANDI

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerliqaya “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, ölkənin 42 bölgəsində FETÖ-yə qarşı əməliyyat həyata keçirilib.

Nəticədə 169 şübhəli saxlanılıb.