"Yaşıl qızıl" biznesində Portuqaliya hamıdan öndədir - 10 TONA YAXIN "YAŞIL QIZIL" SATILIB

Tibbi çətənə biznesi bu il əhəmiyyətli dərəcədə böyüyüb. Stopnarkotik.az xəbər verir ki, ötən il Portuqaliya xarici ölkələrə 10 tona yaxın "yaşıl qızıl" satıb.

Ölkənin Milli Səhiyyə Xidmətinin (SNS) məlumatına görə, ötən il ixrac 63 faiz artıb. Bu il təkcə ilin birinci yarısında beş tondan çox tibbi çətənə satılıb. 2023-cü ilin sonuna qədər yeni ixrac rekordunun əldə ediləcəyi gözlənilir.

Tibbi çətənənin əsas müştəriləri isə Almaniya, Polşa və Avstraliyadır. İsrail 2020-ci ildə ən böyük alıcı olub. İspaniya isə ötən il Portuqaliyadan demək olar ki, 2900 ton tibbi çətənə idxal edib. “Infarmed”in məlumatına görə, ilin birinci yarısının sonunadək 4 növ çətənə biznesi üçün (becərmə, idxal-ixrac, istehsal və topdansatış) 76 yekun icazə verilib.

Stopnarkotik.az