Yasamalda quldurluq edən keçmiş məhkum ələ keçdi

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.