Yasamalda evdən 10 min manatlıq oğurluq edildi - KEÇMİŞ MƏHKUM TUTULDU

Bakının Yasamal rayonunda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".