Xudat şəhərində yaşayış binasında partlayış baş verib.
Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.