Xətaidə qanlı olay: paytaxt sakini saxlanıldı

Dekabrın 7-də saat 22 radələrində Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 1959-cu il təvəllüdlü T.Qarayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.