Xırdalanda daha bir intihar: bu dəfə 41 yaşlı qadın canına qıydı

Abşeronda intihar hadisəsi olub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. 41 yaşlı Ağayeva Cəmilə Nəbi qızı binanın 8-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlər Xırdalanda 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib.