Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.